20 
Apr
2022
10:51
330

NATO-nun baş katibinin köməkçisinin müavini Gürcüstandadır

NATO baş katibinin köməkçisinin müavini Ceyms Apaturay Gürcüstan parlamentindədir.  

InterPress.ge xəbər verir ki, Ceyms Apaturay Müdafiə və Təhlükəsizlik Komitəsində qapalı iclas keçirəcək.

NATO baş katibinin köməkçisinin müavini Komitə üzvləri ilə kibertəhlükəsizlik və hibrid təhdidlərlə mübarizə sahəsində NATO-Gürcüstan əməkdaşlığını müzakirə edəcək.

Ceyms Apaturay Gürcüstana səfəri çərçivəsində parlamentdən sonra Gürcüstanın hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər