Saxta sənədlə başqasının əmlakını dələduzluq yolu ilə ələ keçirən 1 nəfər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta əmlakı təsdiq edən sənəd hazırlayan və başqasının külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirən bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə Diğomi kəndində əcnəbi vətəndaşa məxsus ümumi dəyəri 300 000 laridən çox olan 991 m2 torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Dövlət Reyestrinin Milli Agentliyinə Bakı şəhərində aldığını qeyd edən notarius tərəfindən verilmiş saxta etibarnamə və saxta alqı-satqı müqaviləsi təqdim edib, beləliklə, torpağı öz adına rəsmiləşdirib.
Hazırda torpaq sahəsinə qadağa qoyulub.
Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək həbsi nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi və 210-cu maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılır.
Bu cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.


