19 
Apr
2022
15:21
3718

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...

Gürcüstanın “Yol Hərəkəti Haqqında” qanununa edilən dəyişikliyə əsasən, “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ əldə etmək üçün praktiki imtahanın ikinci mərhələsi üçün növbəyə yazılmaq məcburi olacaq.

InterPress.ge xəbər verir ki,  nəzəri imtahanı müvəffəqiyyətlə vermiş sürücü namizədi 30 təqvim günü müddətində praktiki imtahanın birinci mərhələsindən keçmək hüququna malikdir.  

Praktiki imtahanın birinci mərhələsindən uğurla keçdikdən sonra sürücülük namizədi praktiki imtahanın ikinci mərhələsinə əvvəlcədən qeydiyyat olunacaq. O, birinci mərhələdən uğurla keçdikdən sonra 1 il müddətində praktiki imtahanın ikinci mərhələsinə buraxılacaq.  İkinci mərhələdə mənfi qiymət aldığı halda sürücülük hüququna namizəd 30 günlük fasilələrlə növbəti sınaq imtahanına buraxılacaq.

Nəzərinizə çatdıraq ki, 25 aprel 2022-ci il tarixinədək nəzəri imtahandan uğurla keçən sürücülük namizədi 25 aprel 2022-ci il tarixinədək mövcud qayda ilə sürücülük hüququ qazanacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər