19 
Apr
2022
12:30
362

Milli Statistika İdarəsi Gürcüstanın xarici ticarəti ilə bağlı ilkin məlumatları dərc edib

2022-ci ilin yanvar-mart aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixracatçı ölkənin payı 77,2 faiz təşkil edib. 

InterPress.ge xəbər verir ki, Gürcüstanın xarici ticarəti ilə bağlı ilkin məlumatları Milli Statistika İdarəsi dərc edib.

Məlumata görə, Çin ən böyük ixracat üzrə ilk üçlükdə birinci yerdədir - 220,0 mln.ABŞ dolları, Azərbaycan - 125,4 mln.  ABŞ dolları və Rusiya - 109,8 mln.  ABŞ dolları.

İdxala gəlincə, yanvar-mart aylarında Gürcüstanın ümumi idxalında on ən böyük idxalçı tərəfdaş ölkənin payı 65,1 faiz təşkil edib.

İlk üçlükdə Türkiyə - 463,2 milyon. ABŞ dolları ilə, Rusiya - 273,5 mln. ABŞ dolları ilə və Çin - 241,9 mln.  ABŞ dolları ilə qərarlaşıb.

Eyni zamanda, Geostat-ın hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında əmtəə qrupları üzrə ixracın ilk onluğunda birinci yeri 271,1 mln.  ABŞ dolları ilə mis filizləri və konsentratları tutur və ümumi ixracatın yüzdə 23,1- ini təşkil edir. 

İkinci yerdə 160,1 mln.  ABŞ dolları ilə ferroərintilər, üçüncü yerdə isə 94,9 mln.  ABŞ dolları ilə minik avtomobilləri gəlir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər