19 
Apr
2022
11:06
693

Son 24 saat ərzində kovidə yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 342 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 653 460 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 161 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 634 474 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 1 nəfər ölüb və ölənlərin ümumi sayı 16 794 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər