İrakli Kobaxidze: "Biz sanksiyalar tətbiq etməyəcəyik, lakin..."
"Biz sanksiyalar tətbiq etməyəcəyik, lakin Gürcüstan sanksiyalardan yan keçmə mexanizminə çevrilməyəcək - bizim mövqeyimiz aydındır və dəyişməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze Palitraniusun "360 dərəcə" proqramında deyib.
“Gürcü Arzusu” sədrinin qeyd etdiyinə görə, Gürcüstan hökuməti öz ölkəsinin maraqlarından çıxış edir.
“Təbii ki, Ukraynanın sanksiyalarda subyektiv marağı var ki, bu da tamamilə başa düşüləndir. Bizim sanksiyalarla bağlı mövqeyimiz bəllidir və bizə dəfələrlə deyiblər ki, biz sanksiyalar tətbiq etmirik, bununla belə, Gürcüstanın sanksiyalardan yan keçmə mexanizminə çevrilməyəcəyini də demişik. Bizim mövqeyimiz aydındır və dəyişməyəcək.
Digər mövzulara gəlincə, biz Rusiya məhsulları haqqında danışdıq: idxal-ixrac bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Ukrayna müharibə vəziyyətindədir və öz subyektiv maraqları var, mümkün qədər çox ölkə sanksiyalar tətbiq edə bilər, amma bizim dövlət maraqlarımız var və biz o dövlət maraqlarını qoruyacağıq. Biz ölkəmizin təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin qayğısına qalmalıyıq. Bizim addımlarımız belə yönəlib, tarazlı qərar verməliyik.
Sanksiyaların tətbiq edilməməsinə gəlincə, bu, ölkəmizin maraqlarına uyğundur”, - partiya sədri bildirib.


