18 
Apr
2022
11:31
919

Kənd təsərrüfatı torpaqlarının sahiblərinə dəstək proqramına start verildi

"Biz kənd təsərrüfatı torpaqlarının sahiblərinə dəstək üçün dövlət təşviqi proqramına başlamaq qərarına gəldik".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.  

Baş nazir proqramın nə mənaya gəldiyini izah edib.

 “Proqramın təsdiqinin mühüm vəzifəsi kənd təsərrüfatı işlərinin vaxtında və səmərəli şəkildə təşviq edilməsidir; Kənd təsərrüfatı torpaqları üçün subsidiya hər hektar üçün 300 lari müəyyən edilib. Yəni, subsidiya torpaq mülkiyyətçilərinə, şəriklilərə 0,25 hektardan 1,25 hektaradək müəyyən edilib.  Benefisiarların xüsusi aqrokartlarına bal şəklində yardım toplanacaq və onlar ondan kənd təsərrüfatı fəaliyyəti üçün lazım olan malları almaq üçün istifadə edə biləcəklər. Bu, təxminən 300 min fermerə təsir edəcək.  Layihənin büdcəsi 35 milyon lari təşkil edir”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər