18 
Apr
2022
11:00
397

Rustavidə keçmiş həyat yoldaşı ərinin üstünə benzin tökdü

Rustavidə keçmiş həyat yoldaşı ərinin üstünə benzin töküb.

InterPress.ge xəbər verir ki, XII mikrorayonda 40 yaşlı qadın keçmiş ərindən qisas almaq qərarına gəlib.  

Məlumata görə, keçmiş həyat yoldaşı kişiyə zəng edərək görüş təyin edib və o, hadisə yerinə gələndə kiçik mübahisədən sonra keçmiş ərinin üzərinə benzin töküb.  

Qadın alışqanı yandırmaq istəyən zaman kişi qaça bilib. 

Qadın planı yerinə yetirə bilmədikdən sonra keçmiş ərinin avtomobilini daşla zədələyib.

Həmin şəxs hadisə yerindən qaçdıqdan sonra 112-yə zəng edərək faktla bağlı polisə məlumat verib.

Hadisə gündüz saatlarında baş verib, ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını yerindəcə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 157 və 187-ci maddələri ilə istintaq başlayıb.

Məlumata əsasən, onlar arasında qarşıdurma əvvəllər də olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər