18 
Apr
2022
10:48
1194

Gürcüstanda xiyar və pomidor bahalaşır - AÇIQLAMA

Gürcüstanda istixana tərəvəzləri, xüsusən də xiyar və pomidor bahalaşır, çünki ölkə Türkiyə idxalından çox asılıdır.  Türkiyədə isə inflyasiya xeyli yüksəlir.  

InterPress.ge xəbər verir ki, EastFruit bununla bağlı məlumat yayıb.

EastFruit-in paylaşdığı məlumata görə, yerli bazarı təmin etmək üçün Gürcüstan istixana tərəvəzlərini idxal etməlidir. 

Türkiyə Statistika Qurumunun yaydığı məlumata görə, bu ilin mart ayında fevral ayı ilə müqayisədə istehlak qiymətləri 6% artarkən, mart ayında illik inflyasiya 61%-ə çataraq 20 ilin ən yüksək səviyyəsinə çatıb. Düzdür, larinin ucuzlaşması dayanıb, lakin əvvəlki illə müqayisədə onun dəyəri təxminən yarısıdır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) martın 15-nə olan məlumatına görə, Türkiyə yerli qiymətləri sabitləşdirmək üçün bəzi kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub.

EastFruit-in qiymət monitorinqi məlumatlarına görə, Gürcüstanın Türkiyə meyvə-tərəvəzindən yüksək asılılığı nəticəsində ölkədə bəzi əsas məhsulların qiymətləri ötən illə müqayisədə 30%-dən 140%-ə yüksəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər