"Şuşanın Dağları" rəqsi Gürcüstanın paytaxtı Tbilisidə ilk dəfə ifa edildi.
InterPress.ge xəbər verir ki, bu gün "Art hall" Mədəniyyət mərkəzində, “Güc Birlikdədir” Beynəlxalq Xeyriyyə Festivalı keçirilib.
Festivalda "Ceyran" rəqs ansamblı “Şuşanın dağları” və “Yallı” rəqsini ifa etdi. Uşaqların rəqsi böyük alqışa layiq görüldü.
Festivalın sonunda mükafatlandırma mərasimi baş tutdu və "Ceyran" rəqs ansamblının üzvləri medal və sertifikatlarla təltif edildilər.

