17 
Apr
2022
13:00
661

Martda Rusiya Gürcüstandan pul köçürmələrində ikinci yerə düşüb

Martda Rusiya Gürcüstandan pul köçürmələrində ikinci yerə düşüb.

InterPress.ge xəbər verir ki, martda Rusiyaya 2,716 milyon dollar, fevralda isə 6, 292 milyon dollar göndərilib.

Ümumi məlumatlara gəlincə, Milli Bankın yaydığı məlumata görə, 2022-ci ilin martında Gürcüstandan xaricə ümumilikdə 23,983 milyon ABŞ dolları, fevralda isə 26,744 milyon ABŞ dolları transfer edilib.

Eyni zamanda, mart ayında Gürcüstandan köçürülən pulların həcminə görə bu dəfə Türkiyə birinci yerdədir, Rusiya ikinci yeri və Ukrayna üçüncü yeri tutur.

Keçən ay Gürcüstandan ən çox pul köçürmələrinin həyata keçirildiyi ilk 10 ölkə bunlardır:

Türkiyə - 5,1 milyon dollar
Rusiya Federasiyası - 2,716 milyon dollar
Ukrayna - 2,377 milyon dollar
Yunanıstan - 1,659 milyon dollar
Azərbaycan - 1,651 milyon dollar
Polşa - 1,420 milyon dollar
Ermənistan - 942,8 min ABŞ dolları
ABŞ - 856,9 min ABŞ dolları
Özbəkistan - 780,5 min ABŞ dolları
Qazaxıstan - 728,7 min ABŞ dolları

Bizimlə əlaqə saxlayın