16 
Apr
2022
21:33
633

InterPress.ge jurnalistika kurslarına start verdi - FOTO

Gürcüstanın “Supta Ambavi” (Təmiz Xəbər) təşkilatının nəzdində fəaliyyət göstərən “InterPress.ge” jurnalistika kurslarına start verib.

InterPress.ge xəbər verir ki, layihə Azərbaycan Resbublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfində maliyyələşdirilir.

Kurslar Marneulidə InterPress.ge-nin ofisində həyata keçirilir.

Təlimlər uzun illərdir media sahəsində çalışan peşəkar jurnalistlər tərəfindən keçirilir.

Kursda jurnalistika barədə ilkin anlayışlar, jurnalist hüquqları, xəbər tapmaq, yazmaq və onu redaktə etmək kimi ilkin nəzəri biliklərə və praktik bacarıqlar öyrədilir.

Həmçinin, iştirakçılar fotojurnalistika, videoreportajın hazırlanma qaydaları, araşdırma jurnalistikasının əsasları, analitik təhlil, data jurnalistikası, media etikası, sosial media kimi bir çox sahələrdə də təlimlər keçirilir.

Təlimlər iki dildə (Azərbaycan və gürcü), həftənin şənbə və bazar günləri olmaqla iki dəfə təşkil olunur.

Kursa qəbul mayı ayının 1-dək davam edəcək. Təlimdə iştirak üçün minimum yaş həddi 18-dir. Müraciət etmək istəyən şəxslər aşağıda göstərilmiş anket formasını (linkə daxil olub) dolduraraq göndərə bilər.

https://forms.gle/1K8m72Nipc54JUvb7

Kursa qəbulla bağlı nəticə qeydiyyat bitdikdən sonra sizə vatsap vasitəsi ilə və ya telefon nömrənizə zəng edilib bildiriləcək. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər