Şalva Papuaşvili: "Ukraynalıların cəsarəti və çalışqanlığı gələcək nəsillərimizin yaddaşında əbədi olaraq qalacaq"
“Mən Kiyev şəhərində əziz həmkarım Ruslan Stefançuku ziyarət etdim”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Twitterdə yazıb və ukraynalı həmkarı ilə çəkdirdiyi şəkli paylaşıb.
Şalva Papuaşvilinin sözlərinə görə, o, Kiyevə həmrəylik ifadə etmək və Ukrayna xalqının ağrısını bölüşmək üçün səfər edib.
“Həmrəyliyimizi ifadə etmək və onların dərdlərini bölüşmək üçün qəhrəman Kiyev şəhərində əziz həmkarım Ruslan Stefançuku ziyarət etdim. Ukraynalıların cəsarəti və çalışqanlığı gələcək nəsillərimizin yaddaşında ləyaqət və cəsarətin ən yaxşı nümunəsi kimi əbədi olaraq qalacaq", - Şalva Papuaşvili yazıb.
Məlumat üçün bildirək ki, parlamentin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi Gürcüstan parlamentinin 9 deputatından ibarət nümayəndə heyəti bu gün Kiyevə səfər edib. Parlament nümayəndə heyətinə daxildir: Çoxluğun üzvü Beka Odişariya, üç vitse-spiker: Davit Sergeenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin müxtəlif siyasi qrupların deputatları: Vaxtanq Meqrelişvili, Ana Naçvlişvili, Xatuna Samnidze və Qiorqi Xocevanişvili.


