16 
Apr
2022
17:36
484

İrakli Ğaribaşvili: "Ölkədə ikinci cəbhə olmayacaq!"

Kimin hara getməsi, “Milli Hərəkat”ın hansı təxribatçısının ne dediyi– “Müharibə Partiyası” və müharibə istəyənlər məni maraqlandırmır, demək istəyirəm ki, bundan sonra ölkədə ikinci cəbhə olmayacaq!

lnterPressge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazir İrakli Ğaribaşvili bildirib.

O, “Milli Hərəkat” üzvlərinin Ukraynaya səfərini şərh edərkən qeyd edib ki, məsələ maraqlı deyil.

“Bu maraqlı deyil, qətiyyən maraqlı deyil. Mən xalqımızla inkişafdan, əmin-amanlıqdan, yaşadığımız problemlərdən danışıram, kimin hara getdiyi, “Milli Hərəkatın” hansı təxribatçısının, ne dediyi məni maraqlandırmır.Bu mənim üçün maraqlı deyil. Mənə lazımdır ki, insanlarla bizi maraqlandıran məsələlər haqqında danışaq. “Müharibə Partiyası”na və müharibə istəyənlərə demək istəyirəm ki, ölkədə ikinci cəbhə olmayacaq. Xalqımıza demək istəyirəm ki, avqust müharibəsinin, 1990-cı illərdəki müharibənin, o cümlədən vətəndaş müharibəsinin dağıdıcı nəticələri bir daha təkrarlanmayacaq, dostlar. Hökumətimiz məsuliyyət daşıyır. Mən ilk növbədə ölkəmizin əmin-amanlığına, təhlükəsizliyinə, hər bir vətəndaşa, o cümlədən sizin təhlükəsizliyinize cavabdehəm. Ona görə də mənə maraqlı deyil ki, müharibə tərəfi, satqınlar partiyası nə qərar verəcək, kim hara gedəcək”, - deyə baş nazir bildirib.

Xatırlatmaq istərdik ki, “Milli Hərəkat”ın sədri Nika Melia, eləcə də partiya üzvləri Eka Xerxeulidze və Koba Nakopiya Ukraynaya gediblər. Vahid Milli Hərəkatdan başqa, Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili də Ukraynadadır.

“Milli Hərəkat”ın sədri Nika Meliyanın sizlərinə görə, Ukraynada onlar gürcü müxalifətini deyil, gürcü xalqını təmsil edirlər.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər