16 
Apr
2022
16:45
1103

Baş nazir torpaq qeydiyyatı ilə bağlı açıqlama verdi

“Xüsusilə qeyd etmək istərdim ki, torpağın sistemli qeydiyyatı vətəndaşlarımız üçün tamamilə pulsuzdur”.

lnterPress.ge xəbər verir ki bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili torpaq sistemində uçot islahatının təqdimatında çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, torpağın sistemli qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin Milli Agentliyi vasitəsilə həyata keçiriləcək.

“Bizim qərara əsasən, bu layihə dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və layihənin dəyəri 120 milyon laridir. Buradan 15 milyon lari Dünya Bankının töhfəsidir və mən buna görə Dünya Bankına təşəkkür etmək istəyirəm.

Layihədə 800-ə yaxın vətəndaşımız işlə təmin olunub. Torpaqların ilkin qeydiyyatı 2024-cü ilin sonuna qədər başa çatacaq. Bu, bizim vəzifəmizdir. Nəticədə biz ölkənin vahid, dəqiq, kadastr və hüquqi mənzərəsinə - xəritəyə sahib olacağıq; Daşınmaz əmlaka dair tam hüquqi və kadastr məlumatları yaradılacaq; Daşınmaz əmlak bazarı inkişaf edəcək. Bütün bunlar, əlbəttə ki, torpaq ehtiyatlarından maksimum istifadəyə, iqtisadi inkişafa və hər bir vətəndaşımızın rifahının yüksəlməsinə kömək edəcək”, - deyə baş nazir bildirib.

Hökumət başçısı prosesdə iştirak edən bütün şəxslərə, Gürcüstan parlamentinə, xarici tərəfdaşlara, Ədliyyə Nazirliyinə, nazir Rati Breqadzeyə və layihədə iştirak edən hər bir əməkdaşlara təşəkkürünü bildirib.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər