16 
Apr
2022
11:18
672

Gürcüstanda kovid statistikası

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 222 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 652 929 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 346 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 633 684 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 1 nəfər ölüb və ölənlərin ümumi sayı 16 789 nəfər təşkil edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər