15 
Apr
2022
16:08
343

Volski: “Milli Hərəkat” nümayəndə heyətinin Ukraynaya səfəri zamanı təxribat planlaşdırır"

"Vahid Milli Hərəkat təxribatlar planlaşdırmaq üçün səfərbər olunub və buna görə də Şalva Papuaşvilinin başçılığı ilə Ukraynaya səfər edən nümayəndə heyətinə qatılmayıb".

InterPress.ge xəbər verir ki, bunu parlament çoxluğunun üzvü Qia Volski deyib.

Volskinin sözlərinə görə, Gürcüstan xüsusi xidmət orqanları artıq bu məlumatı Ukrayna xüsusi xidmət orqanları ilə bölüşüb.

“Təsdiq olundu, onların müəyyən təxribat planlaşdırmaq üçün səfərbər olmasına dair məlumatlar var və nümayəndə heyətində olmamasının əsas səbəbi də budur. Sizə daha ətraflı deyim, bizim xüsusi xidmət orqanlarımız bu barədə kifayət qədər etibarlı mənbədən məlumat alıb və bu barədə artıq Ukrayna xüsusi xidmət orqanlarına məlumat verilib. Mən əminəm ki, ukraynalılar bununla bağlı müvafiq tədbirlər görəcəklər və bu səfərə mane olmayacaq", - Volski deyib.

Məlumata görə, Şalva Papuaşvilinin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Ukraynaya yola düşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər