Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda aprelin 19-dək olan hava proqnozu açıqlandı

1,192
Gürcüstanda aprelin 19-dək olan hava proqnozu açıqlandı
Dinləmək üçün basın

Aprelin 16-da Gürcüstanda havanın açılacağı, aprelin 20-dək isə isti və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Aprelin 16-da Gürcüstanda havanın açılacağı, aprelin 20-dək isə isti və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sinoptiklərin verdiyi məlumata görə, Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu aprelin 16-da +17, +22, aprelin 17-19-da isə +26, +31 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın aran rayonlarında hava +22, +27 dərəcəyə qədər istiləşəcək.  Aprelin 18-19-da bəzi yerlərdə güclü şərq küləyi əsəcək.

Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir.  Aprelin 16-da havanın temperaturu +17, +19 dərəcəyədək, aprelin 17-19-da isə +25, +27 dərəcəyədək yüksələcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →