15 
Apr
2022
12:20
553

"Feedc" platformasının yaradıcısını öldürməkdə təqsirləndirilən şəxslər azadlıqdan məhrum edildilər

22 yaşlı Nika Kvaraçxeliyanı öldürməkdə təqsirləndirilən Ako Çelidze 17 il, Qiorqi Kaviladze isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

lnterPress.ge xəbər verir ki, həbs edilən hər iki şəxsə 5 il müddətinə silah almaq, saxlamaq və gəzdirmək qadağan edilib.

Qərarı bu yaxınlarda hakim elan edib. Onun sözlərinə görə, sübutlar təsdiq edir ki, hər iki təqsirləndirilən şəxs qrup halında, mütəşəkkil hərəkət ediblər.

İstintaq saxlanılanları qrup halında, qəsdən adam öldürmə və qrup halında, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirməkdə ittiham edib.

İstintaq hələ ki, 22 yaşlı Niko Kvaraçxeliyanın qətlinin mümkün müştərilərini açıqlamayıb. Feedc platformasının yaradıcısı, 22 yaşlı Niko Kvaratsxelia 2021-ci il sentyabrın 15-də Tbilisidə güllələnib. Aldığı yaralar nəticəsində gənc sentyabrın 16-da klinikada dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər