15 
Apr
2022
10:01
969

Gürcüstanda duru yağın qiyməti daha da bahalaşa bilər

Gürcüstanda duru yağın qiyməti daha da bahalaşa bilər. Buna səbəb əsas idxalçı ölkə - Rusiyanın ixrac vergilərini artırmasıdır. 

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Mayın 1-dən Rusiyadan günəbaxan yağının ixracına görə vergi bir ton üçün 313 dollardan 372,2 dollara yüksələcək. Həmçinin, mayın 1-dən günəbaxan tumlarına ixrac vergisi tətbiq olunacaq və bir ton üçün 96,3 dollar olacaq.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi günəbaxan tumlarının ixrac vergisini hesablamağa başlayır və bu, mayın 1-dən qüvvəyə minəcək.  Həmin gündən o, bir ton üçün 96,3 dollar olacaq və hər ton üçün təxmini 322,7 dollar qiymətinə əsasən hesablanacaq.

Rusiyada günəbaxan yağının ixracına üzən vergi 2021-ci il sentyabrın 1-dən qüvvəyə minib.  Onun məbləği baza qiyməti (tonuna 1000 ABŞ dolları) ilə orta aylıq istinad qiyməti arasındakı fərqin 70%-ni təşkil edir.

Məlumat üçün bildirək ki, Gürcüstanın əsas duru yağ idxalçısı Rusiyadır.  Bu ilin yanvar-fevral aylarında ölkəyə ümumilikdə 1914 ton (2,968 milyon dollar dəyərində) yağ gətirilib.  İdxal olunan məhsulların 76,7%-i - 1469 ton (2,193 milyon dollar) Rusiyadan gətirilib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər