İlkin məlumata görə, səkkiz deputatdan ibarət nümayəndə heyəti Ukraynaya yola düşəcək.
InterPress.ge xəbər verir ki, nümayəndə heyətinə parlamentin sədri Şalva Papuaşvili başçılıq edəcək.
Papuaşvilini Kiyevdə üç vitse-spiker: Davit Serqeenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin müxtəlif siyasi qrupların deputatları: Vaxtanq Meqrelişvili, Ana Naçvlişvili, Xatuna Samnidze və Qiorqi Xocevanişvili müşayiət edəcək.
Gediş vaxtı hələ dəqiqləşdirilməyib. Parlament nümayəndə heyəti aprelin 15 və ya 16-da Ukraynaya yola düşəcək.
