Polis ailə üzvlərinə qarşı cinayət törətməkdə ittiham olunan şəxsi saxladı
Polis ailə üzvlərinə qarşı cinayət törətməkdə ittiham olunan şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Mçxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü D.Q.-nı azyaşlı uşağın yanında həyat yoldaşına qarşı zorakılıq, yetkinlik yaşına çatmayan uşağa qarşı zorakılıq, ailə üzvünü qanunsuz olaraq azadlıqdan məhrum etmə, təhdid, əmlaka ziyan vurmaqla hədələmə ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, D.Q. azyaşlı uşağın yanında cinsi ayrı-seçkilik zəminində həyat yoldaşı 1996-cı il təvəllüdlü E.Ğ.-yə sistemli şəkildə fiziki zorakılıq edərək onu öldürməklə hədələyib. Təqsirləndirilən şəxs bu il aprelin 5-də həyat yoldaşına fiziki təzyiq göstərib, polisə zəng etməmək üçün telefonunu alıb və sındırıb, bundan sonra onu evə kilidləyib və səhərə qədər evdən çıxmasına icazə verməyib.
İstintaq onu da müəyyən edib ki, D.Q. oğluna və arvadının anasına fiziki təzyiq göstərərək öldürməklə hədələyib.
Faktla bağlı araşdırma aparılır. Cinayətlər 10 ilə qədər həbs cəzası nəzərdə tutur.


