14 
Apr
2022
12:27
573

Gürcüstanın televiziya kanalında N.Nərimanovla bağı silsilə verilişlər nümayiş etdiriləcək - VİDEO

14 aprel tarixində Gürcüstanın TV24 kanalında görkəmli ictimai-siyasi xadim, dramaturq, müəllim, həkim, publisist Nəriman Nərimanovun anadan olmasının 152-ci ildönümü münasibətilə həyat və yaradıcılığını əks etdirən bioqrafik veriliş nümayiş etdiriləcək. Çəkilişlər Tbilisi və Marneulidə aparılıb. Bioqrafik verilişdə Nəriman Nərimanovun Tbilisidəki xatirə muzeyində sərgilənən Nərimanovlar ailəsinin xatirə əşyaları, nəsil şəcərəsi, Nəriman Nərimanovun həkimlık, ictimai-siyasi və dövlətçilik, mədəni-maarif və ədəbi siyasi fəaliyyətinə dair sənədlər, fotolar, məktublar, şəxsi əşyalar və s. ekspozisiyalardan bəhs edilib. Daha sonra çəkilişlər Marneuli şəhərində və Nərimanovun müəllim kimi fəaliyyətə bağladığı Qızılhacılı kəndində davam etdirilib.

Layihə “SOCAR Energy Georgia” şirkətinin dəstəyi ilə mediaholdinq TV24 və “Gürcüstanın Səsi” radiosu tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində ilk dəfə olaraq Gürcüstanda Nərimanovun əsəri – “Bahadır və Sona” romanı Kote Marcanişvili adına Tbilisi Akademik Teatrının aktyoru Zviad Sxirtladze tərəfindən “Gürcüstanın Səsi” radiosunda 3 ay ərzində həftədə iki dəfə olmaqla gürcü dilində səsləndirilmişdir. Nərimanov “Bahadır və Sona” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk milli romanın əsasını qoymuşdur.

Layihənin baş məsləhətçisi Aygül İsayevanın sözlərinə görə belə layihələrin həyata keçirilməsi iki xalq arasında mədəni əlaqələrin inkişafı üçün çox önəmlidir: “Bu layihə ilə Nərimanova Gürcüstanda yeni nəfəs vermiş oluruq, Nərimanovu Gürüstanda gürcüdilli oxucular arasında yenidən tanıtmış oluruq” deyə İsayeva qeyd edir.

Qeyd edək ki, N.Nərimanovun seçilmiş əsərləri ilk dəfə 2020-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsü ilə gürcü dilinə tərcümə edilmişdir.

14 aprel tarixində Nəriman Nərimanovun anadan olmasının 152-ci ildönümü münasibətilə Gürcüstanın TV24 kanalında dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən silsilə verilişlərin siyahısını təqdim edirik:

21:30 - “Nəriman Nərimanovla bağlı müzakirə” – bioqrafik veriliş

22:00 - Zviad Sxirtladze və Badri Naçkebia – Nərimanovla bağlı radio veriliş

22:15 – Nəriman Nərimanovun “Bahadır və Sona” romanı - audiokitab

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər