14 
Apr
2022
11:54
415

Misir Avropadan 350 min ton buğda aldı

Misir ayrı-ayrı Avropa ölkələri ilə 350 min ton buğdanın alınmasına dair müqavilə imzalayıb. Məlumatda konkret olaraq hansı ölkələrdən söhbət getdiyi qeyd edilməyib. Məlumdur ki, hazırda Misirin Ticarət və Təchizat Nazirliyinin qarşısında 6 milyon ton buğda cəlb etmək vəzifəsi var. 

lnterPress.ge xəbər verir ki,  bu barədə məlumat Qahirə və Dehlinin Misirə Hindistan buğdasının tədarükü ilə bağlı danışıqları yekunlaşdırdığını deyiləndən sonra yayılıb.

Misir dünyanın ən böyük buğda idxalçısıdır, ölkə hər il xaricdən 11-13 milyon ton taxıl alır. Bu Ərəb Respublikasında əsas ixracatçılar Rusiya və Ukraynadır. Ötən il Misir 8,2 milyon ton Rusiya buğdası (ümumi idxalın 74,5%-i) idxal edib. Ukraynanın payı 20%-dir, qalanı isə digər ölkələrin hesabına doldurulub. Lakin Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda tədarük zəncirində nasazlıq müşahidə olundu və ölkə alternativ təchizatçılar axtarmalı oldu. O cümlədən Avropa bazarlarında. Ölkə artıq ABŞ, Argentina, Kanada və Paraqvay da daxil olmaqla 14 potensial ixracatçı ölkəni müəyyən edib.

Martın 11-də Misir 3 ay müddətinə un və buğda məmulatları, həmçinin makaron məmulatlarının ixracını dayandırıb.  Bundan başqa, subsidiyasız çörəyin üzərində nəzarətsiz qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən sabit qiymətlər müəyyən edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər