14 
Apr
2022
11:15
272

DTX Qori Mədəniyyət və Turizmin İnkişafı Agentliyinin baş mühasibini saxladı

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Qori Bələdiyyəsinin Mədəniyyət və Turizmin İnkişafı Agentliyinin baş mühasibini vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda pul vəsaitlərini mənimsəmə faktı ilə əlaqədar saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayır.

İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs qeyd olunan vəzifədə işlədiyi müddətdə özünün “TBC Bank” ASC və “Liberty Bank” ASC-də açdığı şəxsi bank hesabına Agentliyə məxsus müxtəlif təyinatlı büdcə vəsaitlərini sistematik olaraq köçürüb və sonradan internet üzərindən qumar oyunlarında istifadə edib.

İstintaqın hazırkı mərhələsində onun mənimsədiyi pulun məbləği 143 985,13 lari təşkil edib, lakin mühasibat uçotu və bank sənədlərinin tədqiqi intensiv aparılır, bu iş başa çatdıqdan sonra mənimsənilən məbləğin kəskin şəkildə artacağı gözlənilir. Vəzifə mövqeyindən istifadə edərək külli miqdarda pulun mənimsənilməsi faktı ilə bağlı araşdırma aparılır.  İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər