14 
Apr
2022
10:29
1008

14 aprel Gürcüstanda Ana Dili Günüdür

14 aprel Ana Dili Günüdür.

InterPress.ge xəbər verir ki, bu tarix 1978-ci il hadisələrini qeyd  üçün təyin edilib. 

44 il əvvəl keçirilən etiraz aksiyası gürcü dilinin dövlət dili statusunu saxlayıb. Hər şey 1978-ci il martın 24-də “Kommunist” qəzeti Gürcüstan Sosialist Respublikası Konstitusiyasının yeni redaksiyasını dərc edəndən sonra başlayıb. Yeni normaya görə, Sovet Gürcüstanının dövlət dili gürcü dili deyil, rus dili olmalı idi.

Etiraz aksiyası ümumilikdə 327 tələbənin imzası ilə başlayıb.  Nəhayət, 60 minlik genişmiqyaslı aksiyaya çevrilib.  Etirazçılar parlament binasının qarşısında, əsgərlər isə binanın həyətində dayanıblar. Sovet İttifaqının rəhbərləri son anda öz maraqlarını güdməyə cəsarət etməyərək, geri çəkiliblər.

 14 aprel 1990-cı ildən Gürcüstanda Ana Dili Günü kimi qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər