14 
Apr
2022
10:19
378

Saxta sənədlər hazırlayaraq külli miqdarda dövlət əmlakını mənimsəmək ittihamı ilə bir nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta sənədlər hazırlayaraq və istifadə etməklə külli miqdarda dövlət əmlakını mənimsəmiş bir nəfəri ifşa ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.

Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs saxta torpaq sahəsinin qəbulu aktından istifadə etməklə Adiqeni bələdiyyəsinin Abastumani kəndində dələduzluq yolu ilə 2000 m2 torpaq sahəsini öz adına keçirib.

Ekspertizanın rəyinə görə, qanunsuz alınmış torpağın dəyəri 45 970 laridir.  Torpaqların dövlət mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq prosedurlar aparılır.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi və 362-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər