Tbilisi-Rustavi marşurutu üzrə yeni avtobus xətti açıldı
Rustavi merinin təşəbbüsü ilə Rustavi-Tbilisi marşrutu üzrə gediş-gəliş haqqının artırılmasından sonra ikinci gün Rustavidən paytaxt istiqamətində bələdiyyə avtobusları təyin edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Rustavi bələdiyyəsi yayıb.
Onların sözlərinə görə, bu qərar “İntertrans” özəl nəqliyyat şirkəti tərəfindən gediş haqqının özbaşına artırılması zəminində alınıb.
Rustavi şəhərinin meri Nino Latsabidzenin sözlərinə görə, Rustavi sakinlərinin maraqları maksimum nəzərə alınacaq və sərnişindaşıma xidməti sürətlə yaxşılaşdırılacaq.
Rustavi merinin sözlərinə görə, avtobuslar Rustavi çıxışından İsani metrostansiyasına qədər 20 dəqiqəlik fasilələrlə sərnişinlərə xidmət göstərəcək.
Rustavi meriyasından verilən məlumata görə, birinci mərhələdə avtobuslar Rustavinin çıxışından İsani metrostansiyasına qədər hərəkət edəcək və gediş-gəliş haqqı İntertransın qiymətindən təxminən iki dəfə ucuz olacaq - 1,50 lari. Onların sözlərinə görə, Rustavidən Tbilisiyə gediş üçün tələbələr endirimli qiymətdən yararlanacaqlar və onlar üçün gediş-gəliş haqqı 50 tetri müəyyən edilib.


