13 
Apr
2022
14:43
440

Gürcüstanın gömrük-keçid məntəqələrində 7 qanun pozuntusunun qarşısı alınıb

Aprelin 1-dən aprelin 12-dək olan müddətdə “Sarp”, “Ququti”, “Kutaisi Hava Limanı” və “Sadaxlo-Avtomobil” gömrük-keçid məntəqələrində 7 qanun pozuntusunun qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.

Gömrükçülər tərəfindən Gürcüstan və Rusiya Federasiyası vətəndaşlarının üzərində və çantasında aparılan yoxlama nəticəsində bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi - 256,54 qram) aşkar edilib. Bəyan edilməmiş malların gömrük dəyəri 29 516,68 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanunu pozan vətəndaşlar sanksiya kimi ümumilikdə 29 516,68 lari məbləğində cərimə olunublar. Gömrükçülər Ququti və Sadaxlo-Avtomobil-keçid məntəqələrində cinayət əlamətləri olan daha 3 fakt aşkar ediblər. Qazaxıstan və Rusiya Federasiyası vətəndaşları qaçaqmalçılıq yolu ilə Gürcüstan gömrük sərhədində bəyan edilməmiş 472,15 qram qızıl-zinət əşyaları keçirməyə cəhd ediblər. Bu qızıl əşyaların gömrük dəyəri 15 000 larini keçdiyi üçün iş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər