İrakli Kobaxidze: "Ukrayna ilə ikitərəfli münasibətlərin daha da yaxşılaşmasına mane olan məsələlər var"
"Bütün məsələlərin birdən həll olunacağını söyləmək mümkün deyil, lakin bizim nikbinliyə əsaslarımız var ki, parlament sədri ukraynalı həmkarı ilə mehriban söhbət edəcək və bu, bütün məsələlərin həllinin başlanğıcı olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə ikitərəfli münasibətlərin daha da yaxşılaşmasına mane olacaq məsələlər var və təbii ki, səfər zamanı bu məsələlər müzakirə olunacaq.
"Bu səfərin əsas məqsədi həmrəyliyi ifadə etməkdir, lakin təbii ki, bütün mövzularda çox səmimi söhbət olacaq. Biz dünən Ukrayna Radasının spikerinin müsahibəsini eşitdik və bu, müxtəlif istiqamətlərdə nikbinliyə əsas verir. Təbii ki, bütün məsələlərin birdən həll olunacağını demək mümkün deyil, lakin nikbin olmağa əsasımız var ki, parlament sədri öz həmkarı ilə mehriban söhbət edəcək və bu, bütün problemlərin həllinin başlanğıcı olacaq. Bu, bizim optimist gözləntimizdir. Təbii ki, bizim bu səfəri müharibə partiyası ilə birgə həyata keçirməyimiz məqbul deyil. Bu, parlament nümayəndə heyətinin yox, parlament sədrinin Ukraynaya səfəri olacaq. Ona görə də bütün təfərrüatlar nəzərdən keçiriləcək”, - Kobaxidze bildirib.


