Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 107 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 651 577 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 281 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 631 715 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 6 nəfər ölüb və ölənlərin ümumi sayı 16 777 nəfər təşkil edib.
