Salome Zurabişvili: "Gürcüstanda Ukrayna ilə həmrəylik müxtəlif formalarda ifadə olunur"
"Gürcüstanda Ukrayna ilə həmrəylik bir çox formada ifadə olunur, Gürcüstanın edə bildiyi budur".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili MSNBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstan işğal olunmuş əraziləri və resurslarını nəzərə alaraq, Ukraynaya silah verə bilmir, Aİ və NATO-nun etdiklərini edə bilmir, amma Ukraynaya mənəvi dəstək də vacibdir.
“Ukraynaya dəstəyin necə ifadə olunması ilə bağlı Gürcüstanda müxtəlif fikirlər var. Bir şey çox aydındır, o da gürcü xalqının dəstəyi. Mən prezident kimi gürcü xalqının Ukraynaya qarşı mövqeyini təmsil edirəm və bu, tam həmrəylikdir. Həmrəylik müxtəlif yollarla ifadə olunur. Gürcüstan bunu edə bilir. Biz vəziyyətimizi, işğal olunmuş bölgələrimizi və resurslarımızı nəzərə alaraq, silah tədarük edə bilmərik, Aİ və NATO-nun bacardıqlarını edə bilmirik, amma mənəvi dəstək də vacibdir və mən bunu dəstəkləyirəm", - Salome Zurabişvili deyib.


