11 
Apr
2022
10:23
295

Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb

Rusiya qüvvələrinin ərazini tərk etməsindən sonra Kiyev vilayətində 1222 cəsəd tapılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova Sky News-a bildirib.

 "Ukraynanın bütün bölgələrində gördüyümüz cinayətlər müharibə cinayətləri, insanlığa qarşı cinayətlərdir və biz bunu düzəltmək üçün əlimizdən gələni edirik", - Venediktova bildirib.

O qeyd edib ki, Ukraynanın həqiqətən də Rusiyanın Kramatorsk şəhərində dəmiryol vağzalına raket hücumu həyata keçirməsi və 50-dən çox adamın ölümünə dair sübutlar var.

Ukrayna hakimiyyəti Rusiya qoşunlarının Ukraynaya təcavüzündən sonra törədilmiş 5600 hərbi cinayəti araşdırır.  Rusiyanın yüksək səviyyəli hərbçiləri və hökumət rəsmiləri də daxil olmaqla 500-dən çox şübhəli hərbi cinayətkar müəyyən edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər