Gürcüstanda havanın temperaturu xeyli aşağı düşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Agentliyin məlumatına görə, aprelin 12-13-də Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin olacağı, havanın temperaturunun xeyli aşağı düşəcəyi, dağlıq ərazilərdə qar şəklində yağıntıların olacağı, bəzi yerlərdə güclü olacağı, yüksək dağlıq ərazilərdə qar və duman eləcə də dənizdə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.
Gözlənilən leysan yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, kiçik çaylarda daşqınların, dağlıq ərazilərdə uçqunların əmələ gəlməsi və sürüşmə ehtimalı var.
