Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda əhalinin ən yoxsul olduğu bölgələrin SİYAHISI

2,474
Gürcüstanda əhalinin ən yoxsul olduğu bölgələrin SİYAHISI
Dinləmək üçün basın

Gürcüstanda 652 096 nəfər yaşayış minimumu alır ki, bu da ölkə əhalisinin 17,5%-ni təşkil edir.

Gürcüstanda 652 096 nəfər yaşayış minimumu alır ki, bu da ölkə əhalisinin 17,5%-ni təşkil edir. 

InterPress.ge xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin məlumatına görə, təkcə son 3 ayda dövlətdən maddi yardım alanların sayı 8929 nəfər artıb.

2021-ci ilin dekabr ayında 643 167 nəfər yaşayış müavinəti alıbsa, bu ilin yanvar, fevral və mart aylarında bu rəqəm artıb. O cümlədən, yanvarda 648 min 176 nəfər, fevralda 650 min 584 nəfər, mart ayında isə 652 min 96 nəfər dövlət yardımı alıb.

InterPress.ge həmçinin regionlar üzrə məlumatları təqdim edir:

2022-ci ilin mart ayında Tbilisidə 132 979 nəfər yaşayış müavinəti alırdı, ötən ilin eyni dövründə isə 115 355 nəfər həddindən artıq yoxsulluq səviyyəsində qeydə alınıb;

İmereti - bu ilin mart ayında - 84 253 nəfər - keçən ilin eyni dövründə - 68 939;

Kvemo Kartli - 2022-ci ilin martında 80 089 nəfər - 2021-ci ilin eyni dövründə 64 383;

Sameqrelo Zemo Svaneti - bu ilin martında 76 597 nəfər - ötən ilin martında 67 149;

Acara- 2022-ci ilin martında 71 893 nəfər - 2021-ci ilin eyni dövründə 53 546 nəfər;

Kaxeti - 2022-ci ilin mart ayında 66 570 nəfər, əvvəlki ilin eyni dövründə 55 794 nəfər müavinət alıb;

Şida Kartli - bu ilin martında 58 714 nəfər - ötən ilin martında 49 455 nəfər;

Quriyada 2022-ci ilin martında - 27 922 nəfər yoxsulluq həddində, 2021-ci ilin martında 22 551 nəfər;

Samçxe-Gavaxeti - 2022-ci ilin martında - 19 635 nəfər - 2021-ci ilin martında - 14 278;

Mçxeta-Mtianeti - 2022-ci ilin mart ayında - 18 815 nəfər sosial cəhətdən həssas idi, keçən ilin eyni dövründə - 16 407;

Raca - Leçxumi və Kvemo Svaneti - cari ilin mart ayında 14 629, 2021-ci ilin eyni dövründə 13 907.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →