10 
Apr
2022
11:02
701

Gürcüstanda kovid statistikası

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 148 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 651 470 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 425 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 631 434 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 1 nəfər ölüb və ölənlərin ümumi sayı 16 771 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər