09 
Apr
2022
23:11
390

Gürcüstan Azərbaycanlıları Konqresi 9 aprel şəhidlərini andı

Gürcüstan Azərbaycanlıları Konqresi 9 aprel şəhidlərini andılar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlıları Konqresinin Feysbuk səhifəsində qeyd olunub.

Konqres üzvləri  Marneuli bələdiyyəsinin Cereteli kəndinə yollanaraq  9 aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.

Xatırladaq ki, bu gün, 1989-cu il 9 aprel tarixində Tbilisinin mərkəzində sovet ordusu tərəfindən törədilən faciəvi hadisələrdən 33 il ötür. 9 aprel tarixində, sovet ordusu tərəfindən Gürcüstanın müstəqilliyi tələbi ilə mitinqə çıxan, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış çox sayda insana qarşı qırğın törədilib. Həmin gecə Rustaveli prospektində 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, şikəst olub, səpələnmiş qazdan zəhərlənib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər