Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi 9 aprel şəhidlərini yad etdi
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi 9 aprel şəhidlərini anıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Facebook səhifəsində qeyd olunub.
İcraçı direktor Orxan Pirverdiyev 9 aprel tarixi, mübarizənin, İnamın, birliyin və azadlığın simvoludur qeyd edərək aprelin 9-da həlak olanların xatirəsini ehtiramla yad edib, abidə önünə əklil qoyub.
Xatırladaq ki, bu gün, 1989-cu il 9 aprel tarixində Tbilisinin mərkəzində sovet ordusu tərəfindən törədilən faciəvi hadisələrdən 33 il ötür. 9 aprel tarixində, sovet ordusu tərəfindən Gürcüstanın müstəqilliyi tələbi ilə mitinqə çıxan, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış çox sayda insana qarşı qırğın törədilib. Həmin gecə Rustaveli prospektində 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, şikəst olub, səpələnmiş qazdan zəhərlənib.


