Ukraynada daha 2 gürcü döyüşçünün öldürüldüyü bildirilir. Onların kimliyi hələlik məlum deyil, lakin faktı Ukraynada Rusiyaya qarşı döyüşən gürcü əsgərləri də təsdiqləyir.
InterPress.ge xəbər verir ki, İrakli Okruaşvili öz Facebook səhifəsində yazır ki, daha 5 gürcü döyüşçüsü yaralanıb.
"9 aprel bizim üçün belə oldu. 2 ölü, 5 yaralımız var", - o yazıb.
Qeyd edək ki, Fevralın 24-dən bəri Rusiyanın Ukraynada başlatdığı müharibədə 4 gürcü həlak olub. Baxva Çikobavanın cəsədini mühasirədə olan Mariupoldan Gürcüstana keçirmək hələ də mümkün deyil.
