Qiorqi Qaxaria: "Biz azadlıq və ləyaqət uğrunda elə mübarizə aparmalıyıq ki, 9 apreldə canlarını fəda edənlərin xatirəsini yad edə bilək"
"Biz burada canlarını fəda etmiş insanların xatirəsini ehtiramla yad etmək üçün, azadlıq və ləyaqət uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik".
InterPress.ge xəbər verir ki, bu barədə aprelin 9-da həlak olanların xatirəsinə ucaldılan memorialda jurnalistlərə "Gürcüstan naminə" partiyasının lideri Qiorqi Qaxaria bildirib.
Onun sözlərinə görə, qələbə ancaq birliklə əldə edilə bilər.
“Aprelin 9-da, məhz bu yerdə, 33 il əvvəl gürcülər birliyin, azadlıq mübarizəsinin, fədakarlığın və ən əsası ləyaqətin qiymətinin nə olduğunu bütün dünyaya göstərdilər. Təbii ki, bütün bunlarda ən önəmlisi azadlıq, birlik və ləyaqət idi. Bundan sonra onilliklər ərzində Gürcüstan, gürcü dövləti həmişə azadlıq və ləyaqət uğrunda bu mübarizənin bədəlini ödəməli olub. Hər kəs bir şeyi çox yaxşı yadda saxlamalıdır ki, qələbə və ləyaqət yalnız birliklə əldə edilə bilər. Ona görə də biz burada canlarını fəda etmiş insanların xatirəsini ehtiramla yad etmək üçün, azadlıq və ləyaqət uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik. Kimsə tək praqmatizmlə bir yerə gedə biləcəyimizi düşünürsə, praqmatizm bizi məqsədsiz, ləyaqətsiz və azadlıqsız heç yerə aparmayacaq. Bu gün, dünyanın çətinliklərlə dolu olduğu və əslində, daha çətin seçim qarşısında olduğumuz bir vaxtda, hər şeydən əvvəl Gürcüstanın hər bir vətəndaşı və hökumətinin etməli olduğu şey budur", - deyə o söyləyib.


