09 
Apr
2022
11:30
584

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 341 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 651 322 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 445 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 631 009 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 4 nəfər ölüb və ölənlərin ümumi sayı 16 770 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər