Sabiq prezident: "Ukrayna bu müharibədə qalib gəlir"
"Ukrayna bu müharibədə qalib gəlir, o, artıq Kiyev döyüşündə qalib gəlib, indi Xarkov, Donbass üçün böyük döyüş vaxtıdır və Ukrayna buradan da qələbə ilə çıxacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Lend-Lizi” proqramı sayəsində region daha çox qorunacaq.
“Ətrafımızdakı vəziyyətə gəlincə, Ukrayna bu müharibədə qalib gəlir, o, artıq həlledici döyüş olan Kiyev döyüşündə qalib gəlib və indi qarşıda Xarkov üçün böyük döyüş var və Ukrayna burada da qalib gələcək. Həmçinin, Donbass uğrunda böyük mübarizə vaxtıdır, Ukrayna bunu da qazanacaq. Dünən ABŞ Senatı “Lend-Lizi” proqramını qəbul edib. Bu o deməkdir ki, Ukrayna qeyri-məhdud sayda silah alacaq və bu o deməkdir ki, regionumuz min dəfə daha çox qorunacaq, bu, normal şəraitdə Gürcüstana da şamil olunacaq”, - Mixeil Saakaşvili bildirib.


