08 
Apr
2022
16:32
4228

Mixeil Saakaşvili prokurorlara və hakimə təşəkkür etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə  prosesinə görə prokurorlara və hakimə təşəkkür edib.

lnterPress.ge xəbər verir ki,  Saakaşvilinin qeyd etdiyinə görə, onun işində olan hakim və prokurorlara düzgün davranışlarına görə təşəkkür edib.

“Mən çox düzgün davranışlarına görə prokurorlara, həmçinin hakimə təşəkkür etmək istəyirəm. Bu şəraitdə nə məhkəməni, nə də prokurorluğu tanımasam da, Gürcüstanın gələcəyi üçün faydalı olacaq konkret adamlar var”,- deyə Saakaşvili məhkəmə zalını tərk etməzdən bir neçə dəqiqə əvvəl deyib.

Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçmə işi üzrə məhkəməsi keçirilir. Saakaşvili iclasda çıxış edib, daha sonra isə o, məhkəmə zalını tərk edib.

Xatırlatmaq istərdik ki, Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb. Sözügedən iş üzrə daha 4 nəfər, Elquca Çomaia, Zurab və Şalva Cocoriya və Qiorqi Narimanidze ittiham olunub və ayrı-ayrılıqda saxlanılıb. Onların girov müqabilində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər