Kaladze: "İnsanlıq və ləyaqət həqiqətən də Melianın güclü tərəfi deyil - o, Saakaşvilinin "əlinin oğlandır"
"İnsanlıq və ləyaqət həqiqətən də Melianın güclü tərəfi deyil - o, bu gün formal sədrdir, Saakaşvilinin "əlinin oğlandır".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Bu açıqlama ilə Kaladze “Milli Hərəkat”ın sədri Nika Melianın mətbuat orqanlarından birində səsləndirdiyi tənqidlərə cavab verib.
Kaladzenin sözlərinə görə, həm qələbə, həm də məğlubiyyət “kişicəsinə” alınmalıdır.
“Ümumiyyətlə, keçmiş rəqiblər bir-biriləri haqqına az danışırlar və mən mümkün qədər şərh verməkdən çəkinəcəyəm, baxmayaraq ki, çox qısa şəkildə deyərdim ki, insan həm qalibiyyəti, həm də uduzmağı – hər ikisini kişi kimi qəbul etməlidir. Qazansan da, uduzsan da hər ikisini kişi kimi qəbul etməlisən, amma Melia bir şeyi başa düşmür - uduzanda insanlıq və ləyaqət olmalıdır, qalib olan şəxsi, rəqibini təbrik etməlisən. Biz yaxşı bilirik ki, insanlıq və ləyaqət həqiqətən də Melianın güclü tərəfləri deyil və bu, çox şeydə vurğulanıb və sübut olunub. Məsələn, bu gün onun formal sədr olması. O, Saakaşvilinin “əlinin oğlandır” və təbii ki, burada hər hansı insanlıqdan, ləyaqətdən danışmaq lazım deyil.
Melianı Acarıstanda, xüsusən də Batumidə keçirilən seçkilərdə gördük, oteldən çıxmağa belə cəsarət etmədi və Batumi, Acarıstan ona müvafiq cavab verdi. Acarıstanda aldığı aldığı bu münasibət, gürcü xalqının ona, uydurma sədrliyinə münasibətidir. Bu, gürcü xalqının Vahid Milli Hərəkata münasibətidir", - Kaladze bildirib.


