07 
Apr
2022
11:33
559

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti gömrükdə hərbi maşınların olması ilə bağlı yayılan görüntülərə açıqlama verdi

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin yaydığı bəyanatda bildirilib ki, son bir həftə ərzində Ermənistanda qeydiyyatda olan hüquqi şəxsə məxsus 19 ədəd “KAMAZ” markalı yük avtomobili (hərbi olmayan) “Kazbeqi” sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistan istiqamətində tranzit keçib.

InterPress.ge xəbər verir ki, qurum medianın birində yayılan görüntülərə belə cavab verib.

Gəlirlər Xidmətindən verilən məlumata görə, qaydalara tam riayət olunmaqla yük avtomobilləri qeydiyyata alınıb və təyinat ölkəsi istiqamətində hərəkətə keçib.

“Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti qəti şəkildə bildirir ki, ölkədəki bütün gömrük keçid məntəqələrində istənilən növ, istər hərbi, istərsə də ikili təyinatlı mallar, eləcə də sanksiyalar siyahısına daxil edilmiş bütün məhsullar Gürcüstan hökuməti tərəfindən ciddi gömrük nəzarətindən keçir.

Formula TV-nin yayımladığı kadrlara gəlincə - Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ictimaiyyətə izah edir ki, son bir həftə ərzində Ermənistan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə məxsus 19 KAMAZ yük maşını Kazbeqi vasitəsilə (qeyri-hərbi) tranzitlə Rusiyadan Ermənistana doğru hərəkət edib. Gürcüstan və beynəlxalq gömrük qaydalarına tam uyğun olaraq yük avtomobilləri qeydiyyata alınaraq təyinat ölkəsinə göndərildi.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti KİV-i yoxlanılmamış material yaymaqdan çəkinməyə və məlumatı müvafiq xidmətlərlə yoxlamağa çağırır”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər