06 
Apr
2022
20:42
398

Tbilisidə Ukrayna xalqına dəstək aksiyası baş tutub- FOTO

Rustaveli prospektində, Parlament binasının qarşısında Ukrayna xalqına həmrəylik nümayişi keçirilib.

InterPress.ge xəbər verir ki, Ukraynanın Buça şəhərində dinc əhalinin öldürülməsinə etiraz edən etirazçılar təxminən 15-20 dəqiqə parlament binası qarşısında əlləri bağlı yerdə uzanıqlı vəziyyətdə olublar.

“Buçada və Ukraynanın digər şəhərlərində işgəncələrə məruz qalan və öldürülən əhaliyə qarşı həmrəylik aksiyası baş tutdu. Bu dəhşətli kadrların bizə necə təsir etdiyini ifadə etmək üçün sözlər yetməz. Bu kampaniyanın məqsədi dünyaya mesaj verməkdir - növbəti kim, hansı şəhər və ya ölkə olacaq? Rusiya adlanan bu pisliyi birdəfəlik dayandırmaq üçün dünyaya daha nə qədər qurban lazımdır?",-deyə etirazçılar dan biri qeyd edib.

Saat 19:00-da başlayan aksiya artıq başa çatıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər