Samirə Bayramova prokurorluq tərəfindən xüsusi mühafizə proqramına cəlb edildi
Zorakı, rusiyayönlü qrupların təhdidlərinə məruz qalan vətəndaş fəalı Samirə Bayramova martın 22-də prokurorluq tərəfindən zərərçəkmiş kimi tanınıb və xüsusi müdafiə proqramına cəlb edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Samirə Bayramovanın hüquqlarını qoruyan Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.
Bayramovanın təhlükəsizliyini qorumaq üçün Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası onun xüsusi mühafizə proqramına daxil edilməsini xahiş edib.
“Cinayət Məcəlləsinin 156-cı (təqib) maddəsinin əlamətləri olduğuna görə, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası istintaqın bu istiqamətdə aparılmasını tələb edib. Təqdim olunan müraciətlər təmin edilib. Aprelin 4-də faktla bağlı araşdırma aparıldığı, istintaq və prosessual tədbirlərin, o cümlədən şahidlərin dindirilməsinin davam etdirildiyi və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatında müəyyən edilmiş məsələlərə baxılacağı barədə 4 aprel tarixində Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasına məlumat verildi.
Həmçinin Samirə Bayramovaya qarşı prokurorluq tərəfindən xüsusi mühafizə tədbiri tətbiq edildi və onun üçün indiki mərhələdə təhlükə yoxdur. Lakin qeyd etmək lazımdır ki, indiyədək təqsirkarlar müəyyən edilməyib və onlara qarşı ittiham irəli sürülməyib”, - Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının açıqlamasında bildirilir.


