06 
Apr
2022
12:37
455

Bakalavr proqramlarına daxil olan tələbə təhsil aldığı müddətdə müəllim hazırlığı proqramını seçə biləcək

Bakalavr proqramlarına daxil olan tələbə təhsil aldığı müddətdə müəllim hazırlığı proqramını seçib keçə biləcək və məzun olduqdan sonra həmin ixtisas üzrə bakalavr dərəcəsinə malik müəllim kimi işləmək hüququ qazanacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Təhsil və Elm Komitəsinin sədri Qiorqi Amilaxvari məlumat verib.

O, bildirib ki, komitə bu gün məsələnin müzakirəsinə başlayacaq.

“Təhsil və Elm Komitəsi çox mühüm məsələlər üzrə iki tematik araşdırmaya başlayır - biri “Məktəb təhsili resurslarının səmərəliliyinin qiymətləndirilməsi”, digəri isə “Etnik azlıqların keyfiyyətli təhsilə əlçatımlıq imkanlarının qiymətləndirilməsi”. İlk tədqiqatın bir hissəsi kimi biz dərsliklərin qiymətləndirilməsi təcrübəsini və bununla bağlı məsələləri öyrənəcəyik; İkinci tədqiqat isə etnik azlıqlara dövlət dilinin tədrisinə və məktəbdən sonrakı təhsilə yönəldiləcək; Komitə araşdırmalar nəticəsində müəyyən edilmiş məsələlərə dair tövsiyələr hazırlayıb, ictimaiyyətə təqdim edəcək.

Bu gün biz həm də bakalavr proqramlarında müəllim hazırlığı proqramlarının tətbiqi ilə bağlı bir mühüm məsələni də müzakirə etməyə başlayırıq. Təşəbbüs bakalavr proqramlarına daxil olan tələbənin təhsil müddətində müəllim hazırlığı proqramını seçib keçə bilməsini və məzun olduqdan sonra bakalavr dərəcəsi ilə müəllim işləmək hüququ qazanmasını nəzərdə tutur; Nəticə etibarilə, daha az vaxtda müəllim hazırlayıb peşəyə yiyələndirmək, məzunların işə qəbul motivasiyasını artırmaq mümkün olacaq, bu dəyişiklik həm də bu gün çətinliklərlə üzləşdiyimiz müxtəlif fənn qrupları üçün müəllimlərin hazırlanmasını təmin edəcək”, - Amilaxvari bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər