Gürcüstanda dövlətdən yardım alanların sayı açıqlandı
Gürcüstanda 652 096 nəfər yaşayış minimumu alır ki, bu da ölkə əhalisinin 17,5%-ni təşkil edir.
lnterPress.ge xəbər verir ki, bu barədə Sosial Xidmət Agentliyindən məlumat yayılıb.
Məlumata görə, təkcə son 3 ayda dövlətdən maddi yardım alanların sayı 8929 nəfər artıb.
2021-ci ilin dekabr ayında 174 379 ailə və ya 643 167 nəfər yaşayış minimumu aldığı halda, bu ilin yanvar, fevral və mart aylarında bu rəqəm artıb. O cümlədən, yanvar ayında 648 176 nəfər, fevral ayında 650 584 nəfər, mart ayında isə 176 837 ailə və ya 652 96 nəfər yaşayış minimumu alıb. Yanvarda yaşayış minimumu alan ailələrə köçürülən məbləğ 44 308 911 lari, fevralda 44 331 988 lari, martda 44 413 040 lari təşkil edib.
Mart ayında yardım alanların sayı regionlar üzrə aşağıdakı kimi bölünüb:
Tbilisi - 132 979 nəfər;
İmereti - 84 253 nəfər;
Kvemo Kartli - 80 089;
Sameqrelo-Zemo Svaneti - 76 597;
Acariya Muxtar Respublikası - 71 893;
Kaxeti - 66 570;
Şida Kartli - 58 714;
Quriya - 27 922;
Samçxe-Cavaxeti - 19 635;
Mçxeta-Mtianeti - 18 815;
Raca-Leçxumi və Kvemo Svaneti -14 629;
Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2020-ci ilin dekabr ayında 146 619 ailə və ya 524 598 nəfər; 2019-cu ilin dekabr ayında 119 582 ailə, 427 373 nəfər; 2018-ci ilin dekabr ayında 127 819 ailə, 435 450 nəfər sosial yardım alıb.


