DİN Tbilisi və regionlarda qanunsuz odlu silahlar müsadirə etdi - 6 nəfər saxlanıldı
Tbilisi və regionlarda qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 6 nəfər saxlanılıb, müxtəlif növ qanunsuz odlu silahlar götürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.
Quria Polis Departamentinin əməkdaşları 1978-ci il təvəllüdlü Z.O.-nu Lançxuti bələdiyyəsinin Şuxuti kəndində saxlayıblar. Polis onun evinə baxış zamanı: 3 ədəd “Geko” markalı ov tüfəngi, 3 ədəd müxtəlif markalı tapança, 3 ədəd dövlət qeydiyyatı olmayan ov tüfəngi, RQD tipli əl qumbarası və s. götürüb.
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Q.X.-ni Tbilisidə saxlayıblar. Təqsirləndirilən şəxsin mənzilinə baxış zamanı hüquq-mühafizə orqanları tərəfindən TT sistemli tapança, 10 ədəd patron və s. götürülüb. Həmçinin qanunsuz becərilən, narkotik tərkibli bitki də götürülüb.
Qldani-Nadzaladevi Baş Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü R.K.-nın yaşadığı ünvanda apardıqları axtarış nəticəsində maddi sübut kimi 1 ədəd odlu silah və 9 ədəd patron müsadirə ediblər.
Digər təqsirləndirilən şəxs - 1991-ci il təvəllüdlü A.B.-yə gəlincə, polis idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirərək sübut kimi odlu silah, 4 patron və s. götürüb.
İsani-Samqori Baş Bölməsinin əməkdaşları tərəfindən 1961-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Z. Tbilisidə saxlanılıb. Polis saxlanılan şəxsin evində axtarış zamanı sübut kimi bir avtomat, 11 patron və s. götürüb.
Sameqrelo - Zemo Svaneti Polis İdarəsinin əməkdaşları 1971-ci il təvəllüdlü B.P-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlayıblar.
Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə, o cümlədən tərkibində külli miqdarda narkotik vasitə olan bitki yetişdirmə faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri, həmçinin 265-ci maddənin 2-ci hissəsinin “a” yarımbəndi ilə araşdırılır.
Cinayətlər 4 ildən 11 ilə qədər həbs cəzası nəzərdə tutur.


